Assosasiya müqaviləsi Avropa Birliyinin Azərbaycan və Ermənistanla apardığı danışıqların regionu daha təhlükəsiz etməsini, Dağlıq Qarabağ münaqişəsini həllinə təsir vasitəsini, həmçinin Avropa Birliyinin dəstəyi ilə insan haqları sahəsində demokratik islahatların həyata keçirilməsini nəzərdə tutur.
Azərbaycanın energetika sahəsində əməkdaşlığı təqdir edilir, amma Avroviziya yarışması səbəbilə əhalinin köçürülməsi məsəsləsində narahatçılıqlar var. Qətnamədə deyilir ki, Azərbaycan hakimiyyəti tikinti üçün azad edilən ərazilərdən köçürülən və yerləşdirilən istənilən şəxslərin yaşayış hüququnu qanun uyğun təmin etməlidir. Habelə, Azərbaycan hökümətinin yarışma ilə bağlı dünya ictimaiyyətinin diqqətini Azərbaycana cəlb edən hüquq müdafiəçilərinə qarşı tənqidləri narahatçılıq yaradır.
Azərbaycan üzrə qətnaməni təqdim edən Anneli Jaatenmaki bildirib ki, enerji sahəsində əməkdaşlıq vacib olsa da, xalqın hüququ nəzərə alınmadan inkişaf edə bilməz. “Biz qəbul etməliyik ki, bu sahədə Azərbaycanda böyük problemlər var. İnsanları həbs edir, evlərində axtarış aparırlar. Amma bu Avroviziyanın boykot elan edilməsi anlamına gəlmir. Əgər biz Azərbaycanla münasibətlərin dərinləşməsini istəyiriksə, niyə Avroviziyanı baykot etməliyik?”
Avropa Parlamenti Ermənistanın Dağlıq Qarabağ və Azərbaycanın işğal edilmiş digər ərazilərində apardığı məskunlaşma siyasətini araşdıracaq. Avropa Parlamentinin Strasburqda keçirilən sessiyası çərçivəsində Ermənistanla Avropa Birliyi arasında assosiativ saziş üzrə danışıqların gedişinə dair qəbul olunmuş qətnamədə belə deyilir. Deputatlar həmçinin qətnamədə Ermənistanı öz vətəndaşlarını hərbi xidmət keçmək üçün Dağlıq Qarabağ və Azərbaycanın işğal olunmuş digər ərazilərinə göndərməməyə çağırıblar.
azadliq.info