Keçmiş siyasi məhbus, “Yeni Fikir” Gənclər Hərəkatının bugünlərdə həbsdən azad edilmiş sədri Ruslan Bəşirli ABŞ-ın Azərbaycandakı səfirliyində olub. Səfirliyin siyasi işlər üzrə müşaviri Bricit Buşerlə keçirilən görüşdə ölkədəki ictimai-siyasi vəziyyət və insan haqlarının durumu müzakirə olunub. Eyni zamanda həbsxanalardakı vəziyyət ətrafında fikir mübadiləsi aparılıb. Səfirliyin təşəbbüsü ilə baş tutan görüşdə R.Bəşirliyinin hüquq müdafiəçiliyi planları da müzakirə edilib: “Mən xanım Buşerə həbsdə olduğum müddətdə ABŞ səfirliyinin və ABŞ Dövlət Departamentinin həbsimi və məhkəməmi diqqətdə saxladıqları üçün təşəkkürümü bildirdim”.