Sabirabaddan aldığımız məlumata görə, aprelin 8-də tutulub 12 sutkalıq həbs cəzası alan “Kür” Vətəndaş Cəmiyyəti Qərargahının koordinatoru Oqtay Gülalıyevin həyatına təhlükə sovuşmayıb.
Adının çəkilməsini istəməyən mənbə bildirir ki, səlahiyyət sahibləri Sabirabad səkinlərinin hər an ayağa qalxmasından ehtiyatlanır və bu işdə vətəndaş cəmiyyəti nümayəndəsini suçlu bilirlər. Polis bölməsindən sızan məlumata görə, O.Gülalıyevə yenə də təzyiqlər olur. Baxmayaraq ki, vətəndaş cəmiyyəti təmsilçiləri ilə görüşdə icra başçısı Nazim Ismayılov bildirmişdi ki, Oqtay Gülalıyevin həyatı üçün heç bir təhlükə yoxdur və o, başçının diqqətindədir.