Keçmiş daxili işlər naziri haqda həbs qərarı

Türkiyənin sabiq daxili işlər naziri Mehmet Ağarın barəsində həbs-qətimkan tədbiri seçilib.
Lent.az-ın “haberturk.com” saytına istinadən verdiyi məlumata görə, Ankara Baş Prokurorluğunun prokuroru Abbas Özdem bununla bağlı çıxardığı qərarı dünən İcra Bürosuna göndərib.
Apelyasiya Məhkəməsi “Susurluq olayı” ilə bağlı Mehmet Ağarın 5 il azadlıqdan məhrum edilməsi barədə aşağı instansiya məhkəməsinin qəbul etdiyi qərarı təsdiq edib. Sabiq daxili işlər naziri vəzifədə olduğu dönəmdə cinayət həyata keçirmək üçün silahlı dəstə yaratmaqda günahlandırılır. O, 2 il həbsxanada qaldıqdan sonra şərti azadlığa buraxılacaq.