ABŞ dövlət katibi Hillari Klinton siyasi sammiti gecə klubunda əylənməklə yekunlaşdırıb. Kolumbiyanın paytaxtı Kartaxena keçirilən sammitdən sonra jurnalistlər onu “La Havana” gecə klubunda yaxlayıblar. Bu haqda Kolumbiyanın “El tempo” qəzeti yazır. 64 yaşlı Klinton ilk əvvəl bir şüşə su sifariş edib. Ona yerli pivə içmək təklif olunduqda bunu qəbul edib. Bir müddət sonra dövlət katibi əlində pivə şüşəsi rəqs meydançasında klubun ziyarətçiləri ilə rəqs etməyə başlayıb. 10 nəfərlik kompaniya ilə istirahət edən Hillari Klinton ofisiantlara 40 dollar bəxşiş də verib.
Hadisə Kubanın paytaxtının adını daşıyan “La Havana” klubunda baş versə də, ABŞ Kubanın “Amerika” sammitinə dəvət edilməsinə icazə verməmişdi.
azadliq.info