Aprelin 17-də YUNESKO-nun baş direktoru İrina Bokova bu təşkilatın ali mükafatı – “Beynəlxalq mətbuat azadlığı” mükafatının laureatını açıqlayıb. Bu, Eynulla Fətullayevdir.
Bokova açıqlamasında bildirib ki, Fətullayev Azərbaycanda və dünyada ifadə azadlığının inkişafında göstərdiyi misilsiz xidmətlərinə, fədakar mübarizə və göstərdiyi şücaətə görə bu mükafata layig görülüb.
Mükafatın təqdim olunması mərasimi 3 may Beynəlxalq Mətbuat Günü Tunisdə keçiriləcək.
Mükafatın məbləği 30 min dollardır.