Suriyada qətllər davam edir

BMT ölkəyə müşahidəçi qrupu göndərdi

Suriyaya göndəriləcək beynəlxalq müşahidəçi qrupundan 6 nəfər artıq bu ölkəyə gəlib. BMT-in Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnaməyə görə, Suriyaya 30 müşahidəçi göndərilməlidir. Müşahidəçilərin əsas vəzifəsi hökümət qoşunları və müxaliflər tərəfindən baş verən pozuntuları qeydə almaqdır. 15 apreldə Bəşər Əsədin məsləhətçisi Şaaban bildirib ki, göndərilən müşahidəçilərin təhlükəsizliyinə heç kəs təminat verə bilməz. 

Atəşkəs anlaşmasının qüvvəyə minməsinə baxmayaraq, ölkədə qan tökülməkdə davam edir. Bugün Türkiyə sərhədinə yaxın ərazidə yerləşən İdlib əyalətində döyüşlər gedib. Homs şəhəri hökümət qoşunları tərəfindən atəşə tutulub. Dünənki toqquşmalarda 6 nəfər həlak olub. Suriya höküməti hücumları “terrorist qruplara cavab “ kimi izah edir. Müxalifət nümayəndələrindən bir qrup isə bugün Moskvada XİN-də görüş keçirəcək. 
 
azadliq.info