İngiltərə Lordlar Palatasının ilk müsəlman üzvü, Pakistan əsilli Nazir Əhməd ABŞ prezidenti Obamanın və keçmiş prezident Corc Buşun başına 10 milyon dollar pul qoyub. Keçən həftə Pakistanda qatıldığı bir tədbirdə “Əgər ABŞ Hafiz Məhəmməd Əsədin tutulması üçün 10 milyon dollar mükafat qoyursa, mən də Obama və Buşun tutulması üçün 10 milyon dollar mükafat qoyuram” dediyi iddia edilir. Pakistanın “Express Tribune” qəzeti Britaniya parlament nümayəndəsinin bu iş üçün evini də satmağa hazır olduğunu bildirib. Leyborist partiyası Lord Əhmədin müvəqqəti olaraq partiyadan uzaqlaşdırıldığını bildirib. Bu müddətdə iddianın həqiqiliyi barədə tədqiqat aparılacaq.
Nazir Əhməd tənqidi reaksiyalardan sonra açıqlama verib: “İraq və Əfqanıstanda müharibə cinayətlərinə yol verildi. Bu cinayətlərin məsuliyyətinin Toni Bleyr və Corc Buş daşıyır. Onlar ədalət məhkəməsi qarşısında cavab verməlidir”.
azadliq.info