Həmid Kərzay NATO-nu günahkar saydı

Bazar günü Taliban dəstələrinin Kabil şəhərinə hücum etməsinə görə Əfqanıstan prezidenti Həmid Kərzay NATO qüvvələrini günahkar saydı. Taliban silahları paytaxta hücum etmiş, ancaq 18 saatlıq döyüşdən sonra şəhərdə vəziyyət nəzarətə altına alına bilinmişdi. Hücum nəticəsində 36 silahlı, 8 hökümət nümayəndəsi qətlə yetirilib. Kərzay kəşfiyyat orqanlarını qınayıb. AFP agentliyinə müsahibə verən Əfqanıstan prezidenti “Terroristlərin Kabilə girə bilməsi bizim, xüsusilə, NATO-nun kəşfiyyat məlumatları toplamaq sahəsində uğursuzluğunun nəticəsidir və bu uğursuzluq araşdırılmalıdır” – deyib.
Kabillə bir yerdə Loqar, Paktia, Nanqarhar şəhərlərinə də hücum edilib. Reutersə müsahibə verən Taliban nümayəndəsi Zabihullah Mücahid təşkil edilən hücumların “yaz kampaniyası”nın başlanğıcı olduğunu bildirib. 
Almaniya və İngiltərə səfirlikləri, NATO mərkəzi, parlament binası və bir otel Talibanın əsas hədəfi olub. Hücuma məruz qalan Türkiyə və Yunanıstanın Əfqanıstandakı əsgərləri hücumu bir yerdə dəf ediblər. 
 
azadliq.info