Azərbaycanın beş müxalifət partiyası bir araya gəlib. Bu barədə “Qafqazinfo”ya Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu məlumat verib. Partiya sədri bildirib ki, ötən gecə Müsavat başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimli, AMİP sədri Yusif Bağırzadə, KXCP sədri Mirmahmud Mirəlioğlu və o, toplantı keçiriblər. Müzakirələr nəticəsində 5 partiya arasında anlaşma əldə olunub. S. Cəlaloğlu deyib ki, bu razılaşmanı hər hansı bir yeni birlik və ya hərəkat kimi dəyərləndirmək düzgün deyil. ADP sədri bildirib ki, partiya liderləri arasında Azərbaycanda çoxpartiyalı siyasi vəziyyətlə bağlı məsələlər müzakirə olunub və bəyanat qəbul edilib.
“Azadlıq”ın əldə etdiyi məlumata görə, müzakirə mövzusu və razılaşdırılan bəyanat partiyaların maliyyələşməsinə dair nəzərdə tutulan qanun maddəsi ilə bağlı olub.