Ruslan Bəşirli Norveç səfirliyində görüş keçirib

Yenicə azadlığa çıxan keçmiş siyasi məhbus Ruslan Bəşirli Norveç səfirliyində qəbulda olub. “Azadlıq”a məlumat verən R.Bəşirli deyib ki, o, səfirliyin məsləhətçisi Kristian Lündbi Yerde ilə görüşüb.
R.Bəşirli azadlığa çıxması və müdafiəsində Norveç dövlətinin və səfirliyinin fəaliyyətini yüksək qiymətləndirdiyini deyib və bununçün təşəkkürünü çatdırıb. Ruslan Bəşirli yeni yaradacağı hüquq-müdafiə təşkilatı barədə də fikir mübadiləsi aparıb.

Xəbər xidməti