Almaniyanın “Der Spiegel” jurnalının verdiyi xəbərə görə, Almaniya bayraqlı yük gəmisi “Atlantic Cruiser” dünən günorta vaxtı Suriyannı Tartus limanınnda 80 km məsaafədə saxlanılıb. Səbəb kimi gəminin Əsəd rejimi üçün silah gətirməsi göstərilir. Xəbərdə İranın alman gəmisi vasitəsilə Suriyaya silah və hərbi ləvazimat göndərildiyi iddia edilir.
“Der Spiegel” alman gəmisi “Atlantic Cruiser”in bir neçə gün əvvəl Cibuti limanından çıxaraq Suriyaya getdiyini bildirmişdi. Gəminin sahibi “C.E.G Bulk Chartening” şirkətinin nümayəndəsi Tosten Lüddek açıqlama verib: “Gəmim silah daşıdığı xəbərini eşidincə, dayanmasını tələb etdik”. Gəmini kirayə götürən “White Wale Shipping” Ukrayna şirkəti isə silah daşıma iddialarını rədd edib.
azadliq.info