Vasif Talıbov Ordubadda fəaliyyət göstərən türk litseyini qapatmağa çalışır
Naxçıvan Muxtar Respulikasının Ordubad rayonunda fəaliyyət göstərən türk litseyi qapadılır. Bu barədə “Azadlıq”a Naxçıvandakı mənbə məlumat verib. Mənbənin sözlərinə görə, Muxtar Respublikanın Ali Məclis sədri Vasif Talıbovun göstərişi türk litseyində təhsil alan şagirdlərin valideynlərinə övladlarını bu təhsil ocağından çıxarmaları tələb edilir.
“Bu litseyin bağlanması üçündır. Vasif Talıbov açıq şəkildə litseyi qapada bilmir. Bu hay-küyə səbəb olur. Ona görə də istəyirlər ki, litseydə heç kim oxumasın. Və təhsil ocağı qapanmaq məcburiyyətində qalsın”.
Mənbə bildirib ki, bu məsələnin kökündə Ankaranın Azərbaycanda demokratiyaya dəstək verməsi dayanır: “Bu Türkiyənin Azərbaycana yönəlik siyasətində dəyişklik etməsinə, ölkəmizdə demokratiyanın inkişafı istiqamətində müəyyən addımlar atmasına cavabdır. Və Azərbaycan hakimiyyətinin apardığı anti Türkiyə siyasətinin tərkib hissəsidir”.
İnformasiya şöbəsi