Məcburi köçkünlər yolu bağladılar

Səbəb iki ailənin evindən çıxarılması oldu

Qaraçuxur qəsəbəsində 1993-cü ildən məskunlaşan məcbui köçkün ailələri evlərindən didərgin salınırlar. Bu barədə qəzetimizə məlumat verən qəsəbə sakinləri deyirlər ki, ötən gün iki ailəni evlərindən çıxarıblar.
Buna etiraz olaraq bütün bina sakinləri etiraz əlaməti olaraq “Rauf” şadlıq sarayının qarşısında olan yolu bağlayıblar: “Ailələrə deyiblər ki, sizə Mehdibad qəsəbəsində ev veriləcək. Ancaq nə zaman olacağı barədə məlumat verilmir. Biz bilirik ki, o biri binanın sakinlərini də çıxaracaqlar. Səs-küy olmamaq üçün iki-iki, üç-üç ailəni evlərindən çıxardırlar. Sakinlər məsələdən duyuq düşdüyü üçün yolu bağladılar”. Aldığımız məlumata görə, əraziyə polislər gəlsə də bir müddət yollarda tıxac yaranıb. Məcburi köçkünlər öz istəkləri ilə geri çəkiliblər, proses davam edəcəyi təqdirdə onlar yenə yolu bağlayacaqlarını deyiblər.

Ramin