ulduz fali

Günün ulduz falı (14.04.12)

QOÇ
Sizə maraqlı gələn işlərlə məşğul ola bilərsiniz. Elmi yaradıcılıqda uğur gözlənilir. Günün əsas hissəsini yaşlı qohumların qayğısına həsr edəcəksiniz. Bürcün bir çox nümayəndələri qohumluq əlaqələrini möhkəmləndirəcəklər.
BUĞA
Günün birinci yarısı ünsiyyət zamanı ehtiyatlılıq tələb edir. Çünki bilmədən yaxınınızın qəlbinə toxunmaq riski var. Sizi yaxşı tanımayan şəxslərlə görüş planlaşdırmayın. Günün ikinci yarısında özünüzü daha rahat hiss edəcəksiniz.
ƏKIZLƏR
Bu gün eksperimentlər aparmaq olar. Sizin xüsusilə ilk dəfə əlinizə götürdüyünüz işlərdə bəxtiniz daha yaxşı gətirir. Ilk görüş üçün də əlverişli gündür. Gününüzü maraqlı keçirəcəksiniz.
XƏRÇƏNG
Günün birinci yarısında ehtiyatlı olun. Bu zaman kəsiyi sizin üçün təhlükəli və xoş olmayan hadisələrlə yadda qala bilər. Hiddət, kin-küdurət məsum olan adamın başında çatlayacaq. Axşam isə xoş sürpriz gözlənilir.
ŞIR
Gününüz uğursuz və çətin səhərlə açılacaq. Siz özünüzü tamamilə bədbəxt hiss edəcəksiniz. Bu da yaxınlarınızı narahat edəcək. Onların sizi əyləndirmək cəhdləri də bir nəticə verməyəcək. Günün ikinci yarısında bir balaca sakitləşəcəksiniz.
QIZ
Çox gərgin, amma həddindən artıq maraqlı gün gözlənilir. Siz çətin vəziyyətdən çıxış yolu tapacaqsınız. Təəssüf ki, pis xəbərlər də var. Bütün işlərinizi reallaşdırmağa zaman çatmayacaq, bir sıra planlardan imtina etməli olacaqsınız.
TƏRƏZI
Sizinlə söhbət etmək qarşı tərəfə maraqlı və xoşdur. Bu üzdən də sizinlə ünsiyyətdə olanların sayı getdikcə artır. Bu gün istənilən fikirlərini həmsöhbətinizlə paylaşa bilərsiniz. Bu gün çətin işlərin görülməsi üçün münasib deyil.
ƏQRƏB
Əgər bu gününüzü faydalı və vacib bir işə həsr etsəniz, onun öhdəsindən gələ biləcəyiniz ehtimal olunur. Bu gün işləmək sizdə daha asan alınır, nəinki istirahət etmək. Görüşləri günün ikinci yarısına planlaşdırın.
OXATAN
Mənasız söz-söhbət yaxınlarla aranıza mübahisə salacaq. Buna baxmayaraq, düşmənlərlə mübarizə baxımından gün məhsuldardır. Bu müstəvidə sizin qələbə çalmaq şansınız daha böyükdür. Axşamüstü maliyyə çətinliyi gözlənilir.
OĞLAQ
Məqsəd və maraqlarınızı bölüşənlərlə ünsiyyət qurmaq üçün əla gündür. Dostluq və romantik əlaqələriniz möhkəmlənəcək. Anlaşılmazlıqlara aydınlıq gətirəcəksiniz. Daxili səsinizə qulaq asın.
DOLÇA
Gün gözlənilməz xoş görüş vəd edir. Şərikli iş birliyinin həyata keçirilməsi üçün münasib gündür. Yaxınlarla münasibətiniz yaxşı olacaq. Bu gün sizin ideyalarınıza rəy verməyənlər sonradan peşman olacaqlar.
BALIQLAR
Bu gün mübahisələrin mərkəzində olacaqsınız. Hətta bu günə qədər sizinlə həmfikir olanlar əks cəbhədən çıxış edəcəklər. Ancaq günü ümumilikdə uğursuz hesab etmək olmaz. Axşam vacib və xoş görüş vəd edir. Gəlirinizin olacağı da istisna edilmir.