Almaniyada pulsuz Quran paylama kampaniyası fərqli reaksiyalara səbəb olub. Köln şəhərində yaşayan fələstinli biznesmen Əbu Naci tərəfindən başladılan kampaniyaya ən çox türk mühacirlər maddi dəstək veriblər. Pulsuz paylanan Quranların ən çox məktəb və həbsxanalara verildiyi bildirilir.
Avropada radikal islamçı qruplar kimi tanınan Sələfilər Quranı Avstriyada və İsveçrədə də paylayaraq Quran olmayan ev buraxmamağı hədəfləyiblər. 35 şəhərdə paylanması nəzərdə tutulan Quran kitabının sayı 25 milyon ədəddir.
Kitab paylama kampaniyasına mənfi reaksiyalar da olub. Federal parlamentdə bəzi partiyaların təmsilçiləri kampaniyanın dayandırılmasını tələb ediblər. “Stuttgarter Zeitung” qəzeti isə öz dəstəyini belə bildirib: “Nə var bunda? Bunu qadağa etməklə və sərt reaksiya verməklə müsəlmanlara mənfi siqnal vermiş olacaqsınız. Qaş düzəldərkən, göz çıxartmayın.”.
azadliq.info