Atəşkəsin elan olunmasının ikinci günü minlərlə suriyalı hökümət əleyhinə etiraz aksiyalarında iştirak edib. Suriyalı fəalların verdiyi məlumata görə, hökümət qüvvələrinin açdığı atəş nəticəsində 3 nəfər həlak olub. Digər hallarda polis və ordu havaya atəş açıb, etirazçıları döyüblər. Atəşkəs rejiminin kütləvi şəkildə pozulmasına dair məlumatlar yoxdur. Suriya hökümət qüvvələri ilə müxaliflərin Türkiyə sərhədi yaxınlığında Herbet-Coz yaşayış məntəqəsində toqquşma olub.
BMT-in Təhlükəsizlik Şurası atəşkəs planının yerinə yetirilməsinə nəzarət üçün 30 müşahidəçinin Suriyaya göndərilməsi layihəsinə baxacaq. Münaqişə bölgəsini tərk edənlər isə artmaqda davam edir. İordaniya 90 min, Türkiyə 25 min, Livan 16 min Suriya qaçqınının ölkə ərazisində olduğunu bildirir.
azadliq.info