Sabiq prezident həbs olundu

Monqolustanın 3-cü prezidenti Namar Enxbyar korrupsiyada günahlandırılır

Monqolustanın keçmiş rəhbəri, ölkənin üçüncü prezidenti və “Xalq İnqilabı” partiyasının sabiq sədri Namar Enxbyar korrupsiya ilə mübarizə üzrə xüsusi təyinatlı qurumun əməkdaşları tərəfindən saxlanılıb. “İnterfaks”ın xəbərinə görə, həbs zamanı xüsusi təyinatlılarla sabiq prezidentin mühafizəçiləri arasında atışma olub. Xüsusi təyinatlılar əvvəlcə sabiq prezidentin kortejini saxlamağa çalışsalar da, o, aradan çıxıb və bir mənzildə gizlənib. Keçmiş prezidentin ələ keçirilməsi yalnız tərəflər arasındakı atışmadan sonra mümkün olub.

Enxbayar Monqolustanın 3-cü prezidenti olub. O, ölkəyə 2005-ci ilin iyunundan 2009-cu ilin iyununadək başçılıq edib. O, vəzifə səlahiyyətlərini aşma, dövlət əmlakını mənimsəmə və korrupsiya əməllərində şübhəli bilinir.

azadliq.info