Müsəlmanlar Moskvada yolu bağladı

Bugün günorta namazından sonra Moskva müsəlmanları “Mir” prospektini bağlayaraq demək olar ki, nəqliyyatı iflic ediblər. Moskva müsəlmanları bu həftə vəhşicəsinə öldürülən din adamı Ramin Mehdiyevin cənazə namazına yığışıblar. Moskva məscidində  keçirilən cənazə namazına nəhəng kütlə toplaşıb. Polis kütlədən ehtiyatlanaraq məscid ətrafına əlavə qüvvələr cəlb edib. Polisin verdiyi məlumata görə qarşıdurma olmayıb. Möminlərin kütləvi axını səbəbilə Moskvanın bir neçə küçə və prospekti bağlanıb.
İstintaq Ramin Mehdiyevin qətlini soyğun hadisəsi kimi qələmə verir. Qətlə yetirilənin yaxınları isə hadisənin milli qisas zəminində baş verməsi üzərində dayanıblar.

azadlıq.info