Bu il mayın 1-dən ABS əyləc sistemi və təhlükəsizlik yastığı olmayan avtomobillərin Azərbaycana idxalı dayandırılacaq. Bu barədə Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev jurnalistlərlə söhbətində bildirib. O, idxalın dayandırılması ilə bağlı Rusiya hökumətinə müraciət ediləcəyini deyib.
Xatırladaq ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin təsdiq etdiyi qaydaya görə mayın 1-dən Azərbaycana idxal olunan və ölkədə istehsal edilən avtomobil nəqliyyat vasitələrində ABS əyləc sistemi və ən azı bir təhlükəsizlik yastığı (air bag) olmalıdır. Bu tələblərə cavab verməyən avtomobillərin idxalına, istehsalına və istismarına icazə verilməyəcək.