Ilham Əliyevin kadr siyasəti də demək olardı, ancaq ortada siyasətdən qat-qat artıq bir RULETKA faktoru olduğundan kadr konfiqurasiyası demək gərəyi yaranır. Axı, siyasətdə hansısa plan, ölçü-biçi, düşüncə diqtəsi olur. I.Əliyevin kadr atamalarında (atama – təyinat) bu yoxdur. Onun kadr konfiqurasiyası açıq-aydın ruletka xarakterlidir. Elə san, Prezident Administrasiyasında otururkən ürəyində bir neçə ad tutub, ruletkanı fırladır. Beləcə, kimin adına hansı rayon düşsə, onu olduğu rayondan götürüb, o rayona qoyur. Inanmayan, onun rayon başçıları ilə bağlı sonuncu buyruğuna baxa bilər. Tək elə Beyləqandan Kürdəmirə transfer edilən ünlü Irşad Əliyev adı nəyə desən dəyər! “Transfer” indi bizdə idman terminindən siyasət termininə çevrilib.
19 illik hakimiyyətin bu sayaq çürük, primitiv, sürtük kadr “siyasətlərinin” üstündən Əli Əhmədov adlı korrupsiya yolçusunun müxalifəti qınamağa üzü də gəlir. Sözsüz, müxalifəti qınamalı nələrsə var. Istənilən kimsə belə bir qınaqda buluna bilər. Ancaq əliyevçi ANTIMILLI, ANTIDEMOKRATIK rejim yolçuları, yandaşları belə bir qınaqda buluna bilməzlər – son 19 ildə Azərbaycanın başına gətirilənlərə görə! Son 19 ildə… əliyevçi rejimin qurulması üçün Azərbaycan torpaqlarının 20 faizi işğal edilib. Ən yamanı, Əliyevlərin hakimiyyəti altındakı Azərbaycan bu gün bütünlüklə IŞĞAL durumundadır. Rayonlara qoyulan başçılar da bu gün gerçək yönətim başçıları deyil, xalqın dərisini soymaq, canını almaq tapşırığı ilə görəvləndirilmiş POLITSAYLARDIR! Mən bunu acıqlanaraq demirəm; bugünkü Azərbaycan gerçəkliyindən çıxış edərək deyirəm. Belə bir gerçəklik üzündən, rəsmi statistikaya görə, son 18 ildə Azərbaycandan 2,5 milyon adam gedib. Bu gedənlər dünyanın hər hansı yaşamalı yerini özünə “vətən” bilən ermənilər deyil, öz ölkəsindən qıraqda yaşaya bilməyən, buna dözməyən azərbaycanlılardır!
Azərbaycanda 3 yaşadək anadangəlmə əlil uşaqların sayı 2011-ci ildə 37 faiz artıb. Bunlar tarixçi-deputad Y.Mahmudovun dediyi kimi, yalnız öldürücü yeyinti məhsullarına görə deyil, bundan qat-qat artıq stalinçi “37″ repressiyalarından ötə gedən əliyevçi repressiyalarla bağlıdır. Bu gün işsizlik, yoxsulluq, yolsuzluq, yarınkı günə inamsızlıq, bir də ölkəni başına götürən QANUNSUZLUQ üzündən atalar, analar – bütün Azərbaycan qorxu-stress içindədir. Ata-ana, bütün ölkə qorxu-stress içində ikən sağlam uşaqlar necə doğula bilər? Üstəlik, doğuş hakimiyyətdəkilər kimi, Londonda keçirilmir. Indi bizdə ən populyar diqanoz budur: ”Uşağınız travmayla doğulub”. Elə bil bizdə uşaqları beton döşəmə üzərində, özü də ayaq üstə… inək doğur. Azərbaycanda bu gün adamları ən çox həkimlər öldürür. Görünür, buna görə I.Əliyev rüşvət içində itib-batan Tibb Universitetinə dövlət büdcəsindən 15 milyon manat pul ayırıb. Başqa universitetlər kimi, Tibb Universiteti də rüşvət-pul fabrikinə çevrilibsə, ona dövlət büdcəsindən bir belə pul ayırmaq nə üçün? Sözsüz, bütün başqa sferalar sayağı ayrı adla bəri başdan mənimsəmək üçün!
Rəsmi statistikaya görə, Azərbaycanı narkomaniya bürüyüb: “Narkomanların sayı durmadan artır”. Sağlamlıq, təhsil sistemini rüşvət içində boğub batırandan, rüşvəti, korrupsiyanı, oğurluğu DÖVLƏT SIYASƏTINƏ çevirəndən sonra necə olmalı idi?! Bütün televiziyaları GIC-GIC verilişlərlə doldurulan ölkədə narkomaniyadan, düşkünlükdən özgə nə yayıla bilər? Quba olaylarından sonra IH başçısına cinayət işi açmaq yerinə, onun cinayət xarakterli çıxışını yayanlara cinayət işi açılır. Bu yöndə özünün deputat borcunu yerinə yetirmiş kimsə belə, üzünə adam durğuzmaqla etmədiyi cinayətdə suçlanır. Onun cinayəti nədədir? Rokirovka situasiyası yaratmaqla, RULETKA qanununu pozmaqda! Bu isə bütöv bir sistemə – əliyevçi yönətim sisteminə qarşı çıxmaq deməkdir…

İlham Əliyevin kadr konfiqurasiyası
•