Havaya qalxan raket bir neçə dəqiqə sonra parçalanaraq dənizə düşdü
Şimali Koreya beynəlxalq təzyiqlərə baxmayaraq bir neçə saat əvvəl raket buraxılışını həyata keçirib. Cənubi Koreya, Yaponiya və ABŞ rəsmiləri faktın doğruluğunu təsdiqləyiblər. Lakin Şimali Koreyanın raket sınağı iflasa uğrayıb. Cənubi Koreya müdafiə nazirinin verdiyi görə, startdan bir necə dəqiqə sonra peyk daşıyıcısı olan raket havada partlayaraq, hissələrə parçalanıb. “Şanxay Gündəliyi” qəzeti Şimali Koreyanın buraxdığı raketin Sarı Dəniz üzərində 120 kilometr yüksəldikdən sonra dörd parçaya ayrılaraq dənizə düşdüyünü bildirib. Yaponiyanın müdafiə naziri Naoki Tanaka da raketin havalandıqdan bir dəqiqə sonra dənizə düşdüyünü söyləyib.
ABŞ bəyan edib ki, raket sınağı iflasa uğrasa da Şimali Koreyanın təxribatçı addımları bölgə təhlükəsizliyini təhdid edir. Ağ evin sözşüsü yazılı açıqlamasında Rəsmi Pxenyanın beynəlxalq qanunları pozduğunu və son davranışlarıyla götürdüyü öhdəlikləri tapdaladığını bildirib. Sözçü ABŞ-ın Şimalı Koreyanın gözlənilməz addımlarına qarşı cavab üçün hər an hazır vəziyyətdə dayandığını vurğulayıb. Vaşinqtonda işinə başlayan “G-8” (Böyük səkkizlik) ölkələri xarici işlər nazirləri də Şimali Koreyanın raket sınağıyla bağlı ortaq yazılı açıqlamasında Pxenyan rejimini qınayıblar.
azadliq.info