İslamçılardan “Eurovision” hədəsi

Radikal islamçılar “Eurovision” ərəfəsində Azərbaycana hücum planlaşdırır. Bu barədə Rusiyanın “Interfaks” xəbər dini saytlardan birinə istinadən məlumat yayıb (ann.az).
Məlumatda bildirilir ki, 8 apreldə sözügedən dini saytda “Muslim” adlı istifadəçi “Eurovision” yarışmasını “müsəlmanlar üçün qorxulu yuxu” adlandırıb. O, müsabiqə iştirakçılarını “pozğun”, “homoseksual” adlandıraraq, onları hücum etməklə hədələyib.
Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi də bu xəbərə münasibət bildirib. “Heç bir ölkə terror hücumundan sığortalanmayıb”, – deyə nazirliyin ictimai əlaqələr mərkəzinin rəhbəri Arif Babayev “ann.az”a açıqlamasında bildirib.