Salyanda müəllim üsyanı yetişir

Rayonlarda müəllimlərin maaşını abadlaşmaya tuturlar

Salyandan redaksiyamıza daxil olan məlumata görə, rayon ərazisindəki orta təhsil müəssilərində çalışan müəllimlərin mart ayının əmək haqqısı tam ödənməyib. Əmək haqlarının 40 faizi verilib, qalan hissə isə saxlanılıb.
Məlumata görə, müəllimlər xəbər tutub ki, icra hakimiyyəti qalan vəsaiti “rayonda abadlaşdırma işlərinə” yönəltmək istəyir. İcra hakimiyyətinin bu niyyətindən xəbər tutan müəllimlər əmək haqlarının tam formada ödənilməyəcəyi təqdirdə kütləvi etiraz aksiyasına başlayacaqlarını bəyan ediblər.
Eyni məzmunlu məlumat Qazax rayonundan da daxil olub.  Qazaxdan aldığımız məlumatda deyilir ki, müəllimlər mart ayı üçün əmək haqlarlarını ala bilmirlər.
Mövzunu diqqətdə saxlayacağıq.

İnformasiya şöbəsi