İran qonşularında agent “ovuna” çıxıb

Iran hökuməti məlumat yayıb ki, aprelin 10-da Israil agentləri tərəfindən yaradılan terror təşkilatını ifşa edib. Məlumata görə, Iranın hüquq-mühafizə orqanları sözügedən təşkilatın başçılarını müəyyənləşdirərək, həbs edib.

Iran mediası yazır ki, təhlükəsizlik əməkdaşları ölkənin cənub və mərkəz əyalətlərində əməliyyatlar keçirərək, sözügedən qruplaşmanı məhv ediblər. Qruplaşma Iranda terror və sabotaj aksiyaları hazırlayırmış. Həbs olunanlardan partlayıcı maddələr, silahlar və rabitə vasitələri müsadirə edilib.
Iranın “Press TV” kanalı bildirir ki, terrorçuların həbsi Iran və Israil arasında kəşfiyyat müharibəsinin qızışdığından xəbər verir. Telekanal konkret ad çəkməsə də, yaradılan kəşfiyyat şəbəkəsinin Iranla sərhəd ölkələrdən birində olduğunu vurğulayır.
Kəşfiyyat şəbəkəsinin məhz Iranla qonşu olan ölkələrdən birində olduğu barədə deyilənləri, həmçinin ölkəmizlə Israil və Iran arasındakı münasibətləri nəzərdən keçirəndə, söhbətin Azərbaycandan getdiyi də istisna olunmur.

azadliq.info