İran neft embarqosuna əks-sanksiya tədbiri kimi 100 Avropa şirkətinin mallarına qadağa qoyub. Bu haqda İranın Press TV kanalının saytında məlumat yerləşdirilib. Qadağan olunmuş məhsullar arasına lüks istehlak malları da düşüb. Daha əvvəl İran Almaniya, Britaniya, Fransa, İspaniya və Yunanıstana neft ixracına qadağa qoymuşdu. İxrac qadağasının İtaliya və digər Avropa ölkələrinə də tətbiq olunma ehtimalı var. Avropa Birliyi İrana neftinə qarşı sanksiyaları yanvar ayının sonundan tətbiq etməyə başlamışdı.
azadliq.info