asad-aliyev

İlham Əliyev Bəşər Əsəddən nümunə götürür

«Guardian» Əliyevlər rejimini çox sərt “vurdu”

Ingiltərənin nüfuzlu “The Guardian” qəzeti Bakıda keçiriləcək “Eurovision” ərəfəsində Azərbaycandakı durumdan yazır. Lüq Hardinqin qələmə aldığı məqalədə Azərbaycanda insan haqları sahəsində vəziyyətin acınacaqlı olduğu vurğulanıb. Müəllif ölkədə baş verənləri nəzərə alaraq, Ilham Əliyevi Suriya diktatoru Bəşər Əsədlə müqayisə edib.
“Engelbert Hamperdinkin Bakıda ”Eurovision” səhnəsində çıxış etməsinə həftələr qaldığı bir vaxtda Azərbaycandakı vəziyyət narahatlıq doğurur. Məlum olduğu kimi, bu ölkədə insan hüquqlarının vəziyyəti dəhşətli dərəcədə pisdir. Burada yerli jurnalistlər tez-tez döyülür, saxlanılır, türmələrə atılır. Görünür, Azərbaycan hakimiyyəti indi Bəşər Əsəddən nümunə götürür. Hökumət xarici jurnalistlərin ölkəyə gəlişini əngəlləmək üçün onlara viza verilməsində problemlər yaradır. Məqsəd də aydındır, hakimiyyət qorxur ki, xarici jurnalistlər musiqi yarışmasından yox, ölkədəki korrupsiyadan, jurnalistin mənzilinə videokamera  quraşdırılıb onun görüntülərinin yayılmasından yazacaq. Ötən il Britaniya parlamentinin on deputatı beş günlük səfərlə Azərbaycanda olub. Indi onların danışmasının zamanıdır”, – deyə müəllif yazır.

Informasiya şöbəsi