Eldar Əzizov Sumqayıtda qəzet köşklərini satır

Sumqayıtın icra başçısı Eldar Əzizov qəzet köşklərinə də əl qoyub. Bu barədə “AzeriNews”a daxil olan məlumatlara görə, icra başçısının tapşırığı ilə qəzet köşklərinin yerində mağaza və çayxanalar tikiləcək.
Artıq icra başçısının adamları bir neçə qəzet köşklərini iş adamlarına satmaq üçün danışıqlar aparır. Gündəlik çörək pulu qazanan qəzet köşklərində çalışanlar isə icra başçısını maraqlandırmır.