22 aprel aksiyası yürüş-mitinq kimi nəzərdə tutulur

Müxalif İctimai Palata 22 aprel aksiyasını həm mitinq, həm də yürüş kimi planlaşdırır. Aprelin 12-də “Media forum” saytına açıqlama verən Koordinasiya Şurasının üzvü Rafiq Manafov belə deyib.

Rafiq Manafov bildirib ki, aprelin 13-də Bakı Şəhər İcra Hakimiyyətinə müraciət olunacaq: “Mitinq keçirmək üçün “Nərimanov” və “Təbriz” kinoteatrlarının və “Dərnəgül” metro stansiyasının qarşısındakı meydanlar göstəriləcək. 22 aprel aksiyasını yürüş-mitinq kimi keçirmək planı var”.