strasser

Ştrasser Bakıya gəlir

AŞPA məruzəçisinin siyahısında neçə məhbusun adı var?

AŞ PA-nın Azərbaycandakı siyasi məhbuslar üzrə xüsusi məruzəçisi Kristofer Ştrasserin Azərbaycana səfər edəcəyi vaxt bəlli olub. Avropadakı mənbələrdən aldığımız məlumata görə, Ştrasser Bakıya mayın ayının əvvəllərində gələcək. Artıq məruzəçinin Bakı səfəri ilə bağlı vizasını və biletini aldığı bildirilir. Əldə etdiyimiz məlumata görə, Avropa Şurası rəhbərliyi və qurumun İnsan Haqları Komitəsi Ştrasserdən Azərbaycana gəlib öz mandatının icrasına başlamasını tələb edib. O da məlum olub ki, Ştrasser Azərbaycana konkret siyahı ilə gəlir. Siyahıda 80-nə yaxın siyasi məhbusun adı var. Onların arasında vicdan məhbuslarının hamısı, həmçinin Fərhad və Rafiq Əliyev qardaşları, Əli İnsanov, Elçin Əmiraslanov, Hemət Pənahlı, Səid Dadaşbəyli, Kəramət Kərimov kimi məşhur məhbuslar da var.

Dünən “İnsan haqları uğrunda” İctimai Birlik də siyasi məhbusların siyahısını yayıb. Yerli və beynəlxalq hüquq müdafiəçilərinin ümumi rəyini əks etdirən siyahıda 75 siyasi məhbus yer alıb.
“2 aprel işi” (Abbaslı Tural, Alışlı Arif, Eyvazlı Zülfüqar, Hacılı Arif, Hacıbəyli Rüfət, Həsənli Şahin, Həsənov Babək, İsgəndərli Vidadi, Kərimov Sahib, Məcidli Elnur, Məcidli Məhəmməd, Məmmədli Əhəd, Quliyev Ülvi);
“İslamçılar” (Abbasov Fərəməz, Abdullayev Vaqif, Axundzadə Ruhulla, İlyasov Fəxri, Cəbiyev Azər, İsmayılov Araz, Məmmədrzayev Firdovsi, Miriyev Rüfət, Səmədov Dəyanət, Səmədov Mövsüm);
“OMON” işi (Abdullayev Şəmsi, Əmiraslanov Elçin, Kərimov Dəyanət, Kazımov Arif, Mustafayev Həsən Poladov Səfa, Tahirov Əliyusif);
“Surət Hüseynov işi” (Əbdürrəhmanov Əli, Əbdürrəhmanov Mahir, Hüseynov Maqsud Hüseynov Vaqif, İsmayılov Rəşid, Kərimov Kəramət, Mustafayev Elşad, Mustafayev Məqsəd, Zeynalov Akif);
“Səidin qrupu” Ağayev Fərid, Əliyev Ceyhun, Əliyev Rəşad, Dadaşbəyli Səid, Qocayev Samir, Quliyev Bəybala, İdrisov Mikayıl, Kərimov Rasim, Kərimov Cahangir, Mehbalıyev Emin);
“Oliqarxların işi” (Əliyev Fərhad, Əliyev Rafiq, İnsanov Əli);
“Sadval” işi (Kərimov Kamran, Səfərəliyev Əlfət), “Qaranquş işi” (hərbi dəstə – Məhərrəmov Nadir, Məmmədəliyev Sahib, Qayıbov İntiqam, Şahmuradov Yaşar), “Böhran” qrupu “Əliyev Sadıx, Məmmədvəliyev Səbuhi);
“Başqa işlər” (Əliyev Məmmədəli, İsmayılov Telman, Bədəlov Rövşən, Qurbanov Maarif, Hacıyev Bəxtiyar, Məşimov Rahib, Məmmədov Məmməd, Pənahlı Nemət) qrupları üzrə bölünüb.

Böyük ehtimalla adları çəkilən məhbuslar Ştrasserin siyahısında da yer alıb. Çünki AŞPA məruzəçisi siyahını məhz yerli hüquq-müdafiə təşkilatlarından aldığı siyahılar əsasında tərtib edib.

“İnsan haqları uğrunda” İctimai Birliyin sədri E.Fətullayev “Azadlıq”a açıqlamasında Ştrasserin Bakıya səfərinin nə vaxt reallaşacağını dəqiq bilmədiyini deyib. Lakin hüquq müdafiəçisi bu tarixin uzaq olmadığını da əlavə edib: “Ola bilsin apreldə, ola bilsin mayda və ya iyunda. Onu bilirəm ki, səfər yaxın vaxtlarda baş tutacaq”.

Gültəkin