“Titanik” faciəsinin 100-cü ildönümündə gəmi haqqında 200 mindən çox sənəd yayılıb.
BBC-nin xəbərinə görə, sözügedən sənədlər 15 aprel 1912-ci ildə baş vermiş faciədə dünyasını dəyişən 1500-dən çox adamla bağlı sübutlardan ibarətdir. Sənədlər arasında “Titanik”in kapitanı Edvard C.Smithinki də olmaqla bir çoxlarının vəsiyyətnaməsi, istintaq yazıları, dənizdən tapılan 330 cəsədə dair bilgilər və gəmidəki sərnişinlərin siyahısı yer alıb. Sərnişin siyahısında gəmi ilə yola çıxanların adları, yaşları, vətəndaşlıqları və peşələri öz əksini tapıb.
“Ancestry.co.uk” saytının topladığı kolleksiyaya daxil olmaq mayın 31-nə qədər ödənişsiz olacaq. Yeri gəlmişkən, saytda 700-dən çox adamı xilas edən “Carpathia” gəmisinin sərnişin siyahısı da yayımlanıb.
“Titanik” haqqında bilinməyənlər
•
•