Sabirabadda cəbhəçini həbs etdilər

AXCP Sabirabad şöbəsinin fəalı Əliqulu Qəhrəmanov aprelin 11-də rayon məhkəməsinin qərarı ilə 5 surtkalıq həbslə cəzalandırılıb. O, polisə müavimət göstərməkdə ittiham olunub. AXCP-nin yeri şöbəsindən aldığımız məlumatda isə Ə.Qəhrəmanovun şərləndiyi bildirilir. Məlumatda göstərilir ki, polis bir qədər əvvəl AXCP fəalının anasının ticarətlə məşğul olduğu dünkanı qanunsuz olaraq dağıdıb.  Qəhərəmanov da bu vandalizmə etiraz etdiyi üçün cəzalandırılıb.