İndoneiyada 8.9 bal gücündə zəlzələ

İndoneiyada rixter cədvəli ilə 8.9 bal gücündə zəlzələ olub. Zəlzələnin ocağının Banda Aceh əyalətinin 308 mil cənub-qərbində olduğu bildirilir. Zəlzələdən sonra sunami həyəcan siqnalı verilib. İtkilər barədə hələ məlumat yoxdur. 2004-ci ildə bu regionda 9.3 ballıq zəlzələnin yaratdığı sunami nəticəsində 250 min adam ölmüşdü. 
 
azadliq.info