Ötən gün Dövlət Neft Şirkətinin binasında mətbuat konfransına dəvət olunmuşduq. Biz saat 16-ya təyin olunan tədbirə tez gəldiyimizdən binanın əsas girişində vaxtın tamamını gözləyirdik.
Bu vaxt ABŞ-ın ölkəmizdəki sabiq səfiri Metyu Brayzanın ARDNŞ-in binasından çıxdığını gördük. Biz onun ARDNŞ-ə “ziyarət”inin səbəbini soruşmaq istədik. O isə tələsdiyini deyib yalnız salamlaşaraq getdi. Olay o qədər qəfil baş verdi ki, keçmiş səfiri ARDNŞ qarşısında lentə də ala bilmədik.
Ramin DEKO