Gürcüstan pilotsuz təyyarələri özü istehsal edir, Azərbaycan höküməti isə İsrailə 1.6 milyard dollar ödəyir.


Saakaşvili son həftələrdə Gürcüstan istehsalı olan bir neçə texnikanın təqdimatını edib. 25 fevralda “Lazika” markalı piyada üçün zirehli maşının təqdimatı olmuşdu. Saarkaşvili: “Biz “Lazika” PDM-ı sınaqdan keçirilərkən söhbətlər gedirdi ki, rus və amerikan analoqu daha yaxşıdır. Bir neçə il əvvəl kim düşünə bilərdi ki, Gürcüstan öz mühəndislərinin gücü ilə belə tırtıllı zirehli maşın yarada bilər?” Mart ayında yerli məhsul olan reaktiv atəş sistemi sınaqdan keçirilmişdi.

Ekspertlər Gürcüstanın pilotsuz təyyarələrini istehsal etmə qərarını “Startfor” agentliyinin dərc etdiyi məxfi məlumatlarla əlaqələndirirlər. Belə ki, İsrail 2008-də Gürcüstana satdığı pilotsuz təyyarələrin kodlarını eyni zamanda Rusiyaya satmış, müharibə zamanı həmin təyyarələr effektli kəşfiyyat apara bilməmişdi.
azadliq.info