Gənc müğənni yeni kliplə gəlir

Gənc müğənni Şölə Səfərəliyeva bu günlərdə yenidən kamera önünə keçib. O, son vaxtlar internet əyləncə portallarında ən çox yüklənən mahnılar sırasında olan “Xəbəri yox” adlı mahnısına klip çəkdirəcək. Bu barədə məlumatı müğənni “Azadinform”a açıqlamasında deyib.
Onun sözlərinə görə, mahnının söz və musiqisi Vüsalə Hikmətə, aranjemanı isə Cahangir Süleymanbəyliyə aiddir: “Klipin rejissoru Elnur Axundov olacaq. Elnur bir rejissor kimi gözəl fantaziyaya malikdir. İnanıram ki, bu klip çox maraqlı və baxımlı olacaq. Ekran işinin bəlli bir süjet xətti olacaq. Mahnının sözlərində olduğu kimi, klipin süjet xəttində oğlanın qızın ona olan sevgisindən xəbərsiz olduğu səhnələr ekranlaşdırılacaq”. Şölə sevildiyindən bixəbər oğlan obrazını aktyor Elxan Rzanın canlandıracağını da əlavə etdi. Çəkilişlər paytaxtın müxtəlif məkanlarında aparılacaq.