Fətullayev təşkilatının saytını təqdim etdi

Aprelin 11-də “İnsan Haqları Uğrunda” İctimai Birliyinin saytının təqdimatı olub.

Birliyin sədri Eynulla Fətullayev təşkilatın “Haqqin.az” saytı “Azərbaycanda siyasi məhbusların problemlərinin həlli” layihəsi çərçivəsində yaradılıb və məqsəd siyasi məhbusların  problemlərinin, ümumilikdə insan hüquqları sahəsindəki vəziyyətin araşdırılmasıdır.

Rus və ingilis dillərində olan saytda informasiyalar, beynəlxalq təşkilatların insan haqları mövzusunda sənədləri, həmçinin Azərbaycanla bağlı sənəd və məlumatlar əks olunub.

Sayta siyasi məhbus sayılan şəxslərin siyahısı, reytinq cədvəlləri, həmçinin cəzaçəkmə yerlərinin göstərildiyi xəritə daxil edilib. Portal video və fotomateriallarla təchiz edilib.

“Turan”ın məlumatına görə, gələcəkdə saytın Azərbaycan dilində də versiyasının hazırlanması planlaşdırılır.