İcra başçısı Qazaxı iməcilik meydanına çevirib

Ayaz Əsgərov İlham Əliyevə görə büdcə təşkilatlarında çalışanları küçələrə töküb

Qazaxın icra başçısı Ayaz Əsgərov rayon büdcə təşkilatlarının fəaliyyətini dondurub. Bu barədə “Azadlıq”a məlumat verən mənbə bildirib ki, icra başçısı büdcə təşkilatlarında çalışanların hamısını rayonun abadlıq işlərinə cəlb edib.
Büdcə təşkilatlarında çalışanlar artıq bir neçə gündür ki, iş-güclərini atıb Ayaz Əsgərovun tapşırığı ilə rayonda iməciliyə çıxıblar. Bildirilir ki, Icra başçısının bu addımına səbəb ölkə başçısı Ilham Əliyevin rayona gözlənilən səfəridir. Ayaz Əsgərov ciddi-cəhdlə çalışır ki, Ilham Əliyev rayona gələndə hər şey qaydasında olsun. Büdcə təşkilatlarında çalışanlar bundan narazılıq edirlər. Lakin narazılıqlarını açıq şəkildə bildirməyə çəkinirlər. Çünki işlərini itirməkdən qorxurlar.