Şarl Aznavur: “Mən bir daha soyqırımı sözünü eşitmək istəmirəm”

Erməni mənşəli müğənni Şarl Aznavur növbəti dəfə soydaşlarını məyus edən bəyanat verib.
«Azadinform» «QOLOS AMERİKA»ya istinadən xəbər verir ki, o bildirib ki, qondarma erməni soyqırımı məsələsini birdəfəlik olaraq qapatmaq gərəkdir:  «İndi mənim deyəcəyim fikri çoxları yaxşı qarşılamayacaq. Mən bir daha soyqırımı sözünü eşitmək istəmirəm. Çünki bu söz bizi geriyə aparır. Biz türklərlə münasibətləri yaxşılaşdırmalıyıq. Biz onlara qapıları açmalı və oradan onlara keçməyə imkan verməliyik».