Ağ ev ilin ən qonaqlı qaralı günlərindən birini keçirib. Pasxa bayramı münasibəti ilə Ağ evin həyətində uşaqlar üçün şənlik keçirilib. Obama ailəsi ilk olaraq uşaqları eyvandan salamlayıb. Daha sonra Barak Obama həyat yoldaşı və qızları ilə uşaqların yanına gəlib.
Pasxa tədbiri çərcivəsində Ağ evin həyətində uşaqlar üçün yarışlar, müsabiqələr keçirilib. ABŞ prezidenti uşaqların hakimi olub, Mişel Obama isə uşaqlara yarışda köməklik göstərib.
Bundan sonra Ağ evin rəhbəri və həyat yoldaşı uşaqlar üçün hekayə oxuyublar. Obama hekayədəki heyvanların səsini təqlid etməyə çalışıb. Bu işdə isə onun əsas köməkçisi Ağ evin iti “Bo” olub.
Ağ evin digər qonağı isə basketbolçular olub. Basketbola olan sevgisi ilə tanınan Obama səbətə top atmağa çalışıb. Ancaq bu o qədər də asan olmayıb. Belə ki, idmançıların atdığı hər top üçün Barak Obama yerdə dartınmalı (“jim”) etməli olub (ans press).
Obama “jim” elədi (VİDEO)
•
•