8 aprel aksiyası dünya mediasında (VİDEO)

Almaniya və Ukrayna kanalları İctimai Palatanın mitinqindən reportaj yayımladı

İctamai Palatanın aprelin 8-də siyasi məhbusların azad olunması və demokratik islahatlar tələbiylə keçirdiyi mitinqə dünya mediasinin diqqəti davam edir. Aksiyadan 2 gün keçməsinə baxmayaraq dünyanın aparıcı xəbər saytları, televiziya və portalları müxalifətin mitinqdən reportajlar yayımlayıblar.

Dünyanın aparıcı media qurumları mərkəzi ofisi Londonda yerləşən “Retuters” xəbər agentliyinin mitinqdən hazırladığı reportaja istinadən aksiyadan məlumatlar yayımlayıblar. Almaniyanın ictimai televiziyası “ARD”nin xəbərlər bülteni olan “tagesschau.de” saytı İctimai Palatanın təşkil etdiyi askiyanı “Azərbaycanda minlərlə müxalifət tərəfdarı mitinq keçirdi” başlığıyla yayımlayıb.

Bundan başqa Ukraynanın “TV İ” kanalı mitinqdən kadrlar və aksiya zamanı səsləndirilən tələblər barədə xəbər verib. Kanalın AXCP sədri Əli Kərimlidən mitinqlə bağlı götürdüyü açıqlama yayımlanıb. Məşhur “Bloomberg” xəbərlər portalı da mitinqdən məlumat verib. “Bloomberg”in xəbərində “Azərbaycan müxalifəti 2005-ci ildən sonra ilk kütləvi etiraz aksiyasını keçirdi. On mindən çox insan ölkədə demokratik islahatların keçirilməsini tələb etdi” deyilir. Bunlarla yanaşı Belarusda yayımlanan müstəqil “telegrah.by”, “rianovosti.ru” agentliyi, “kavkaz-uzel.ru” xəbər saytları 8 aprel mitinqindən reportaj yayımlayıblar.

Siyasət şöbəsi