Suriyada Bəşər Əsəd ordusunun zorakılığı davam edir. Bu dəfə internetdə işgəncə faktını təsdiqləyən video görüntü yayılıb. Videoyazıda üzü üstdə yerə uzadılmış adam hərbi formalı üç şəxs tərəfindən müxtəlif alətlərlə döyülür. Zərbələr əli arxadan bağlanmış adamın əlllərinə endirilir. Üstünə çıxıb tapdalayırlar. VİDEO “Daily Mail” qəzetinin saytında yerləşdirilib.
Bu Bəşər Əsədin vəhşiliklərini nümayiş etdirilən ilk video deyil. Daha öncə əsirlərin binaların damından yerə atıldığı görüntülər yer aldığı video yayılmışdı. “Human Rights Watch” təşkilatının verdiyi məlumata görə 2011-ci ilin sonundan indiyədək 100 əsir edam edilib. Edam hallarının əksəriyyəti bu ilin mart ayına təsadüf edir.