Eldar Namazov 8 aprel mitinqində iştiraklarından danışdı
Ziyalılar Forumunun həmtəsisçisi Eldar Namazov İctimai Palatanın təşkil etdiyi mitinqlə bağlı açıqlama verib. “Gunxeber.com” saytına danışan ziyalı mitinqə qatılmaqla vətəndaş borcunu yerinə yetirdiyini bildirib: “Bizim və Ziyalılar Formunun üzvlərinin 8 aprel mitinqində iştirakı Azərbaycan ziyalısının ölkəmizdə sərbəst toplaşmaq hüququna bir dəstəkdir. Uzun illərdir ki, Azərbaycanda müxalifətin icazəli mitinq keçirilməsinə şərait yaradılmırdı. Biz eyni zamanda da vətəndaş kimi bu mitinqdə iştirak etməyi özümüzə borc bildik. Mitinqdə iştirak edən insanların sayı ilə bağlı mübahisələr yaranıb. Mitinqdə iştirak edənlərin sayının nə qədər olmasını mitinq təşkilatçıları daha dəqiq deyə bilər. Ancaq mitinqdə iştirak edən insanların sayının nə qədər olmasından asılı olmayaraq mitinqə qatılmaqla öz vətəndaş borcumuzu yerinə yetirirdik”.
Qeyd edək ki, müxalifətin dünənki mitinqinə Eldar Namazovla birgə digər ziyalımız Rüstəm İbrahimbəyov da qatılmışdı.


