Vicdan məhbusu məhbəsdən mesaj göndərib

Elnur Məcidli: «Alçaldıcı şərtlərlə azadlığa çıxmaq istəmirəm»

17 saylı cəzaçəkmə müəssisəsində saxlanılan AXCP Gənclər Komitəsinin üzvü, vicdan məhbusu Elnur Məcidli dünən atası Arzuman Məcidli ilə görüşüb. A.Məcidlinin sözlərinə görə, oğlunun səhhətində və saxlanma şəraitində hər hansı problem yoxdur: “Vəziyyəti yaxşıdır, özünü gümrah hiss edir, mübarizə əzmi yüksəkdir”.
Məlum əfv ərizəsinə yenidən qayıdan E.Məcidli verdiyi bəyanatın arxasında olduğunu bildirib: “Dedi ki, verdiyim bəyanatın arxasındayam, mənə məqbul olmayan, alçaldıcı şərtlərlə azadlığa çıxmaq istəmirəm. Bildirdi ki, axıra qədər əqidə dostları ilə bir yerdə olacaq”. A.Məcidli oğlunun 8 aprel mitinqindən xəbərdar olduğunu, aksiyaya qoşulan bütün yoldaşlarını salamladığını və dəstəklədiyini bildirib.

Gültəkin