Şənbə günü Suriyada hökümət qoşunları ilə üsyançılar arasında başa varən silahlı toqquşmalarda 100-dən artıq adam həlak olub. Frans Press agentliyinin verdiyi məlumata görə, ölənlərin 74 nəfəri mülki əhalidir. Ən azı 40 nəfər Hama əyalətinin Latamna şəhərində öldürülüb. Bəşər Əsədin qoşunları Latamnanın üzərinə gecə hücuma keçiblər. Homs və digər şəhərlərdə də toqquşmalar olub. Aleppo şəhərində Əsəd rejiminə müxalif döyüşçülər hərbi idarənin qərargahını zəbt etməyə cəhd ediblər. Sutka ərzində 16 üsyançı, 17 hökümət əsgəri öldürülüb.
Eyni gündə paytaxt Dəməşqdə BAAS partiyasının 65 illik yubileyi münasibətilə aksiya keçirilib.
azadliq.info