ABŞ-ın Dəməşqdəki səfiri Robert Ford Suriya ordusunun bəzi ərazilərdən əsgərlərini çıxardığını, digər ərazilərdən çıxarmadığını, sadəcə zirehli maşınların yerini dəyişdirdiyini bildirib. Təhlükəsizlik məqsədilə Suriyadan çıxarılan səfir bu məlumatları kosmik peyk görüntülərindən əldə etdiyini demişdi. BMT-nin Suriya üzrə nümayəndəsi Kofi Annan Bəşər Əsədin qoşunları hələ tam çəkmədiyini bildirmişdi. Suriya hökümət bəzi şəhər və qəsəbələrdən əsgər və tanklarını çıxardığını iddia etsə də, siyasi fəallar qoşunların geri çəkilmədiyini, döyüşlərin davam etdiyi xəbərini verirlər.
Suriyanı tənqid edən BMT Baş Katibi Pangimun vəziyyətin getdikcə pişləşdiyini, artıq 1 milyon adamın vətəndaş müharibəsindən əziyyət çəkdiyini bildirib.
azadliq.info