Qulamhüseyn Əlibəyli: “Partiyamız 8 aprel aksiyasını dəstəkləyir”
İctimai Palatanın sabah keçiriləcək aksiyasına daha bir dəstək gəldi. Aydınlar partiyasının sədri Qulamhüseyn Əlibəyli mitinqlə bağlı partiyada müzakirələrin aparıldığını dedi. O bizimlə söhbətində bildirdi ki, rəhbərlik etdiyi partiya mitinqin təşkilində iştirak etməsə də onlar aksiyanı şüarlarını haqlı sayırlar və dəstəkləyirlər: “Biz təşkilat komitəsinin mitinq şüarlarını müdafiə edirik. Partiyanın istənilən üzvü mitinqdə iştirak edə bilər. Partiya üzvlərinə bu məsələdə tam sərbəstlik verilib. Ümid edirəm ki, partiya üzvlərimiz də sözügedən aksiyada iştirak edəcək”.
Ramin