Pakistanla Hindistan sərhədində yerləşən mübahisəli Kəşmir əyalətində yerləşən hərbi baza qar uçqubu altında qalıb. Ən azı 100 əsgərin qar altında qaldığı bildirilir. Uçqun iki ölkənin sərhədinin keçdiyi Siaçen buzlağından başlayıb. Pakistan ordusunun mətbuat katibi general Atar Abbas BBC-ə verdiyi müsahibəsində uçqun altında qalan əsgərlərin bəzilərinin xilas edildiyini, ancaq neçə nəfərin qar altında qaldığının hələ dəqiq bilinmədiyini deyib. Digər məlumatalara görə, 130 nəfər itki var. Mübahisəli ərazi sayılan bu yerdə hər il atışmalardan çox hava şəraitində ölən əsgərlərin sayı çoxluq təşkil edir.
azadliq.info