Türkiyənin TV-lərindən Qənimət Zahidə böyük ilgi

“Azadlıq”ın baş redaktoru “Kanal B” və “Ulusal TV”də Azərbaycandakı vəziyyətdən danışıb

“Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid Ankarada televiziya proqramı hazırlamaqla yanaşı (“Azərbaycan saatı” adlı proqram “Kanal Avropa”da həftənin çərşənbə axşamı və cümə günləri efirə gedəcək. İlk yayım isə bu gün saat 19:50-də efirə veriləcək), isgüzar təmaslarını da davam etdirir.
Q.Zahid dünən Ankaradan yayılan “Kanal B” televiziyasında canli yayıma qatılaraq Azərbaycandakı ictimai-siyasi durum barədə Türkiyə toplumuna geniş məlumat verib, regionda gədən prosesləri dəyərləndirib.
Bu gün günorta saatlarında isə baş redaktor İstanbuldan yayılan “Ulusal TV”nin “Ekopolitika” adlı proqramının qonağı olaraq eyni mövzulardan danışıb.
Q.Zahid Türkiyə toplumunun bəzi çevrələrində Azərbaycanda gedən proseslərlə bağlı yanlış qənaətlərin olduğuna diqqət çəkərək “Bəzi çevrələr bu cür yanlış qənaətləri bilərəkdən yaratmağa çalışırlar” deyib.
Q.Zahid dəvət aldığı proqramlarda hazırda regionda baş verən proseslərin Azərbaycana təsiri və ölkəmizin yeni beynəlxalq münasibətlərdə yeri haqda da fikirlərini çatdırıb.
Q.Zahidin Türkiyədə işgüzar görüşləri davam edir.

azadliq.info