Türkiyə Suriyadan axın edən qaçqın probleminin “beynəlxalq problem”ə çevriləcəyini bildirib. Bu məsələdə dünya birliyinin köməyini istəyib. BMT Baş Katibi Pangi-munla görüşən Türkiyə Xarici İşlər naziri Əhməd Davudoğlu qaçqın axının eyni sürətlə davam etməsi halında bu problemlə bağlı kömək istəyəcəklərini bildirib. Son 36 saat ərzində Suriyadan Türkiyəyə keçən qaçqın sayı 2800 nəfərə çatıb. Qaçqınların ümumi sayı isə 24000-dir. Davudoğlu: “Artıq beynəlxalq ictimaiyyətin də qaçqın axını ilə bağlı ortaya mövqe qoyması lazımdır”. Davudoğlu Annan planı qəbul olunandan sonra vəziyyətin yaxşılaşması əvəzinə qaçqınların sayının iki dəfə artdığını da bildirib.
azadliq.info